Hollandiyanın Haaqa şəhərində polis hökumətin faydalı qazıntıların çıxarılmasına subsidiya ayırmasına qarşı keçirilən aksiyada iştirak edən 768 nəfəri saxlayıb.
"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.
“Haaqada A12-də iqlimlə bağlı etiraz aksiyası zamanı ümumilikdə 768 nəfər saxlanılıb”, - məlumatda deyilir.
Daha sonra saxlanılanların əksəriyyətinin bir neçə saat ərzində sərbəst buraxıldığı qeyd edilir.
Həftə sonu keçirilən etiraz aksiyası zamanı minlərlə insan Haaqada şəhəri Amsterdam, Rotterdam və Utrextlə birləşdirən əsas marşrutlardan birini bağlayıb.