“Azərbaycan Respublikası Macarıstan üçün çox vacib strateji tərəfdaşdır”.
"Unikal" xəbər verir ki, bunu Macarıstan Prezidenti Katalin Novak "Twitter"də bildirib.
“Mən Azərbaycan Prezidenti İlham Əliyevə Budapeştə rəsmi səfəri zamanı bir daha bildirdim ki, indiki dövrdə Azərbaycanın da böyük rol oynadığı Avropada enerji mənbələrinin şaxələndirilməsi çox önəmlidir”, - Prezident Novak qeyd edib.