Rusiyada Könüllü İdman Birliyinin baş direktoru, 43 yaşlı Aleksey Tixomirov naməlum şəxslərin hücumuna məruz qalıb.
"Unikal" "Mash" teleqram kanalına istinadən xəbər verir ki, Aleksey Tixomirov doğum günündə evində şənlik keçirib. Bu səbəblə evinə çox sayda qonaqlar gəlib. Belə ki, qonaqlar arasında 3 naməlum şəxs məmur tək olarkən onunla söhbət etməyə başlayıb.
Kanal yazır ki, şəxslər söhbətdən sonra Tixomirova başından zərbə endiriblər. Qısa zamanda başından zərbələr alan məmur huşunu itirib. Naməlum şəxslər isə məmurun 1,5 milyon rubl nağd pulunu və “Audi A5”in açarlarını oğurlayıb ərazidən uzaqlaşıblar.
Çox keçməyib ki, oğrular polis tərəfindən saxlanılıblar.
Gülayə Mecid