HESA Korporasiyası ilə bağlı məhdudiyyətlər bu gündən qüvvəyə minib.
"Unikal" xəbər verir ki, bu barədə Aİ-nin rəsmi jurnalında dərc olunan məqalədə deyilir.
Sənəddə qeyd olunur ki, şirkət İslam İnqilabı Keşikçiləri Korpusu üçün pilotsuz təyyarələr hazırlayır. Həmçinin, Avropa tərəfinin bildirdiyinə görə, Ukraynada dronlardan istifadə olunur.
Bundan əvvəl İran hakimiyyəti Qərb ölkələrinin ittihamlarına cavab olaraq, Ukraynaya qoşun yeritməzdən əvvəl Rusiyaya pilotsuz təyyarələr tədarük etdiklərini bildirmişdi. Kreml ABŞ mediasının müvafiq xəbərlərini yalan kimi qiymətləndirib. Prezidentin sözçüsü Dmitri Peskov deyib ki, “The Washington Post” “çoxlu informasiya dolğunluğu dərc edir”.