Yanvarın 30-da Pakistanın Hayber Paxtunxva əyalətində Türkiyə-Pakistan birgə “Atatürk-2023” hərbi təlimləri başlayıb.
"Unikal" xəbər verir ki, Pakistan Silahlı Qüvvələrinin komandanlığı bildirib ki, Tərbəla bölgəsində təlimlər iki həftə davam edəcək.
Təlimlərin məqsədi terrorizmlə mübarizədə birgə addımların işlənib hazırlanmasıdır.
“1998-ci ildən bu yana iki ölkənin xüsusi təyinatlı bölmələrinin iştirakı ilə növbə ilə Türkiyə və Pakistanda birgə təlimlər keçirilir.
Türkiyədə keçirilən zaman təlimlər Cinnah, Pakistanda isə Atatürk adlanır.