Hollandiyanın baş naziri Mark Rutte ABŞ prezidenti Co Bayden ilə telefon danışığında Ukraynaya silah tədarükü və müharibə bölgəsindəki ümumi vəziyyəti müzakirə edib.
"Unikal" xəbər verir ki, bu barədə o, Twitter hesabında yazıb .
Məlumatda qeyd edilir ki, tərəflər NATO ilə əməkdaşlıqdan da danışıb və ABŞ -ın təhlükəsizlik sahəsində strateji müttəfiq kimi əhəmiyyətini yüksək qiymətləndiriblər .
Bundan əvvəl Rutte Ukraynaya tank tədarük etməyə hazır olduğunu açıqlamışdı .
Bundan əvvəl Almaniya hökuməti 14 Leopard 2 tankının Ukraynaya təhvil verilməsini təsdiqləyib və Nazirlər Kabineti onların başqa ölkələrə təkrar ixracına da icazə verib.