Ermənistan Cənubi Qafqaz ölkələrinin üçtərəfli dialoqunun inkişafında maraqlıdır. Tbilisi platforması İrəvan tərəfindən üçtərəfli müzakirələr baxımından nəzərdən keçirilir.
"Unikal" xəbər verir ki bunu bazar ertəsi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Ermənistan Cənubi Qafqaz ölkələri arasında üçtərəfli dialoqun inkişafına böyük maraq göstərir. Biz mümkün Tbilisi platformasını regional üçtərəfli müzakirələr prizmasından nəzərdən keçiririk. Hazırda Ermənistan və Gürcüstan baş nazirləri ilə Azərbaycan Prezidenti arasında görüş gündəmdədir”, - deyə Mirzoyan bildirib.