Cennaro Qattuzo tərəflərin razılığı ilə “Valensiya”nın baş məşqçi postunu tərk edib.
"Unikal" xəbər verir ki, məlumata görə, onun istefası ilə bağlı qərar rəhbərliklə uzun sürən söhbətdən sonra verilib.
Belə ki, 45 yaşlı mütəxəssis heyəti gücləndirmək zərurətində israr edib.
İtaliyalının rəhbərliyi altında İspaniyanın cari çempionatında 18 oyunda 20 xal toplayan klub 14-cü pillədə qərarlaşıb. La Liqada son 10 oyunda komanda cəmi bir dəfə qalib gəlib, beş dəfə isə uduzub.
Qattuzo 2022-ci ilin iyunundan “Valensiya”ya rəhbərlik edirdi.