Qarabağda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingenti Rusiyanın 44 vətəndaşını bölgədən təxliyə ediblər.
"Unikal" xəbər verir ki, bu barədə kontingentin "Telegram" kanalı məlumat verib.
"Azərbaycan tərəfi ilə əldə olunmuş razılaşmalar çərçivəsində Dağlıq Qarabağa gələn 7-si uşaq olmaqla ümumilikdə 44 nəfər Rusiya vətəndaşları Ermənistan ərazisinə təxliyə edilib", - deyə məlumatda bildirilib.
Ağarza Elçinoğlu