"NATO artıq Rusiya ilə birbaşa qarşıdurmaya girib".
"Unikal" "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Donetsk Xalq Respublikasının rəhbəri vəzifəsini icra edən Denis Puşilin deyib.
O vurğulayıb ki, alyansın qüvvələrinin Rusiya sərhədləri yaxınlığında toplanması xüsusi hərbi əməliyyatın başlamasından xeyli əvvəl nəzərə çarpırdı.
“NATO münaqişəyə lap əvvəldən cəlb olunub və hər gün öz varlığını daha açıq nümayiş etdirir. Biz Ukraynaya silah tədarükünü, Şimali Atlantika Alyansı qüvvələrinin yenidən silahlandırılmasını və təlimini, Avropanın cənub-şərqində və Baltikyanı dövlətlərdə yeni döyüş qruplarının yerləşdirilməsini görürük”, - deyə Puşilin qeyd edib.
Bundan əvvəl “Patriotlar” hərəkatının rəhbəri Florian Filippo xəbərdarlıq etmişdi ki, NATO-nun strategiyası üçüncü dünya müharibəsinə gətirib çıxara bilər.
Gülayə Mecid