Ermənistanın Basarkeçər rayonunda yerləşən hərbi hissədə baş verən yanğına görə daha bir yüksəkrütbəli məmur saxlanılıb.
"Unikal" "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş prokurorluğu məlumat yayıb.
Bildirilir ki, prokurorluq ötən gün N saylı hərbi hissənin yanğından mühafizə və xilasetmə xidmətinin rəisi mayor M.S barəsində cinayət işi başladıb. Mayor vəzifə öhdəliklərinə qarşı səhlənkar yanaşmaqda ittiham olunur. O, bu gün saxlanılıb.
Qeyd edək ki, yanvarın 19-u Ermənistanın Basarkeçər rayonunun Azad kəndində yerləşən hərbi hissələrdən birinin kazarmasında baş verən yanğın nəticəsində 15 erməni hərbçi ölüb, daha 3-ü isə yaralanıb.
Gülayə Mecid