Ötən gün ABŞ-ın Rusiyadakı yeni səfiri Lin Treysi etimadnaməsini təhvil verməyə gələn Rusiya Xarici İşlər Nazirliyinin binasının girişində Amerika əleyhinə şüarlar səsləndirən kütlənin hücumuna məruz qalıb.
"Unikal" xəbər verir ki, bu barədə "Amerikanın səsi" məlumat yayıb.
Nəşr bildirir ki, bəzi diplomatik razılaşmalara, o cümlədən əsirlərin mübadiləsinə baxmayaraq, Moskva ilə Vaşinqton arasında yüksək səviyyəli təmaslar Rusiyanın Ukraynaya müdaxiləsindən sonra demək olar ki, dayanıb.
"Səfir Treysi misli görünməmiş gərginlik dövründə paytaxtlarımız arasında dialoqun davam etdirilməsinə, Rusiyada saxlanılan Amerika vətəndaşlarının maraqlarının qorunmasına və Amerika və Rusiya xalqları arasında əlaqələrin möhkəmləndirilməsinə diqqət yetirir", - ABŞ-ın Rusiyadakı səfirliyi vurğulayıb.
Gülayə Mecid