Yeni bir araşdırmada insanlar süni intellektlə heyvan nitqini tərcümə etməyə çalışır. Aslanın nəriltisi, ağacda quşların cıvıltısı, atın kişnəməsi indi anlaşılan söhbətə çevrilə bilər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, tədqiqatçılar vəhşi təbiətin insanlara dediklərini başa düşmək və tərcümə etmək üçün araşdırma aparırlar.
Yer Növləri Layihəsi (ESP) adlı qeyri-kommersiya təşkilatı növlərarası ünsiyyətin gələcəyi üçün yol xəritəsi yaradıb.
ESP-nin həmtəsisçisi və prezidenti Aza Raskin, ilk nəşr olunan araşdırmanın nəticələrinin yalnız ev heyvanları ilə məhdudlaşmayacağını, bütün növləri və ya ən azı mümkün qədər çox növləri əhatə edəcəyini söyləyib.
ESP, həmçinin araşdırmanın heç bir vəhşi təbiətə zərər verməyəcəyini və təhlükə yaratmayacağını və araşdırmanın etik qaydada aparılacağını bildirib.
Seymur Əli