Ermənistanın Milli Təhlükəsizlik Xidməti (MTX) Ermənistan ordusunun kapitanını xəyanət ittihamı ilə həbs edib.
"Unikal" xəbər verir ki, bu barədə "Caliber" məlumat yayıb. Bildirilir ki, adı açıqlanmayan Ermənistan Silahlı Qüvvələrinin kapitanı 2021-ci ilin əvvəlindən silah-sursat, döyüş mövqeləri, texnika, o cümlədən bu yaxınlarda Ermənistanın əldə etdiyi Hindistan texnikasının fotoşəkilləri barədə məxfi məlumatları pul müqabilində xarici kəşfiyyat xidmətlərinə ötürürmüş.
Qısa zamanda kapitan saxlanılıb. Onun barəsində cinayət işi açılıb.
Gülayə Mecid