Ötən gecə Gürcüstanın şərqindəki Saqareco şəhərində keçmiş hərbçi yaşadığı evin eyvanından küçədəki insanlara atəş açıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan DİN-in verdiyi məlumata görə, hadisə nəticəsində 5 nəfər həlak olub.
"4 sakin və köməyə gələn bir polis həlak olub. Daha 5 nəfər yaralanıb, onlardan birinin vəziyyəti ağırdır. Xüsusi təyinatlılar hadisə yerinə gələndə atəş açan şəxs intihar etmişdi", - məlumatda deyilir.
Atəş açan şəxsin 49 yaşlı Nodar Atuaşvili olduğu üzə çıxıb. O, 15 il Gürcüstan Müdafiə Qüvvələrində xidmət edib.
Cinayətin təfərrüatları məlum deyil.
Ağarza Elçinoğlu