Kreml Rusiya və Ermənistan liderlərinin telefon danışığına dair məlumat yayıb.
"Unikal" xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb. Telefon danışığı Ermənistan tərəfinin təşəbbüsü ilə baş tutub.Tərəflər Qarabağ ətrafında mövcud vəziyyətə dair fikir mübadiləsi aparılıb.
Bildirilib ki, müzakirələr zamanı Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında üçtərəfli sazişlərin bütün kompleksinin ardıcıl icrasının vacibliyi vurğulanıb.
“İkitərəfli gündəlikdə duran bəzi aktual məsələlərə də toxunulub”, - Kremlin məlumatında qeyd olunub.
17:37
Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
"Unikal" xəbər verir ki, bu barədə Kreml məlumat verib.
Paşinyan Laçın dəhlizində yaranmış problemin aradan qaldırılması üçün Rusiya tərəfindən lazımi addımların atılmasının vacibliyini qeyd edib. Bu kontekstdə Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının fəaliyyətini də vurğulayıb.
Həmsöhbətlər Azərbaycan, Rusiya və Ermənistan liderlərinin 2020-ci il 9 noyabr, 11 yanvar 2021-ci il, 26 noyabr və 31 oktyabr 2022-ci il tarixlərində imzaladığı üçtərəfli sazişlərin icrası ilə bağlı məsələləri müzakirə ediblər.
Ermənistan-Rusiya əməkdaşlığına dair gündəlikdəki digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Ağarza Elçinoğlu