"İsveç və Finlandiyanın NATO-ya üzvlük prosesi ilə bağlı, xüsusilə üçlü razılaşma çərçivəsində müsbət addımlar atıldığı zaman Türkiyə bunu cavabsız qoymayacaq və proses işə yarayacaq".
"Unikal" xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.
"Görüşlərimizdə həmişə dedik: Addımlar atılarsa, onları cavabsız qoymayacağıq" deyən Kalın, Türkiyənin narahatlığının aradan qaldırılması və terrorun təmizlənilməsi lazım olduğunu vurğulayıb.
Müsahibələrimizdə həmişə bunu demişik: Əgər addımlar atılsa, onları cavabsız qoymayacağıq. FETÖ, PKK kimi terror təşkilatları təmizləndikdə və bu təşkilatlar üçün sığınacaq olmaqdan çıxdıqda, Türkiyə onları cavabsız qoymayacaq. Biz NATO-nun genişlənməsini dəstəkləyirik.
Bildiyiniz kimi, İsveç ötən il konstitusiyaya dəyişiklik etdi. Onlar yeni antiterror qanununu tamamlamaq üçün iyun ayına qədər lazım olduğunu bəyan ediblər. Onlar iyulda keçiriləcək NATO sammitinə qədər bu ölkələrin üzv olmasını istəyirlər. İsveç tərəfi deyir ki, bu qanun yazıldıqdan və tətbiq olunduqdan sonra Türkiyə öz tələblərini yerinə yetirə biləcək. Biz dedik ki, bir daha ona uyğun bir qiymətləndirməyə baxacağıq. Finlandiyada İsveçdəki kimi bir şey yox idi".
Əslində bir müddət öz aramızda danışırdıq. Hörmətli prezidentimiz də bu istiqamətdə mesaj verdi: “Əgər bu istiqamətdə müsbət addım atsanız, Türkiyə bunu cavabsız qoymayacaq”. Bu çağırış həm İsveç, həm də Finlandiya tərəfindən qiymətləndirilir.