"Qərb dövlətləri Kiyevə hərbi yardım edir və Rusiyaya qarşı sanksiyaları münaqişəni alovlandırmaq yox, dayandırmaq üçün tətbiq edirlər".
"Unikal" xəbər verir ki, bunu İtaliya prezidenti Sercio Mattarella deyib.
" Ukraynaya siyasi, iqtisadi və hərbi dəstək və Rusiyaya qarşı sanksiyalar müharibəni qızışdırmaq deyil, onu sona çatdırmaq məqsədi daşıyır", - o, Macarıstan prezidenti Katalin Nowakla görüşündə deyib .
İki liderin görüşündə Ukraynadakı münaqişə və onun siyasi, iqtisadi və humanitar nəticələri ilə yanaşı, ikitərəfli münasibətlər, Aİ-nin gələcəyi, ABŞ -la münasibətlər və dünyada xristianlara qarşı təzyiqlər müzakirə edilib.
Bundan əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirmişdi ki, rus qoşunları Qərbin Ukraynadakı planlarının gerçəkləşməsinin qarşısını almaq üçün hər şeyi edir və onlar reallaşmayacaq. O, həmçinin qeyd edib ki, NATO “uzun müddətdir ki, Rusiyaya qarşı hibrid müharibəsində birbaşa iştirak edir”.