ABŞ hakimiyyəti yaxın vaxtlarda Ukraynaya yeni hərbi yardım elan edə bilər .
"Unikal" xəbər verir ki, Ağ Evin mətbuat katibinin müavini Oliviya Dalton bildirib.
Daltonun sözlərinə görə, ABŞ hökuməti onların döyüş meydanındakı ehtiyacları ilə bağlı Ukrayna tərəfi ilə daim əlaqə saxlayır.
"Mən ümid edirəm ki, tezliklə daha çox təhlükəsizlik yardımı üçün bir elan alacağıq" deyə Ağ Ev sözçüsü bilirib.
Bir müddət əvvəl ABŞ prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenski ilə Ukraynanın tələb etdiyi silahların tədarükü məsələsini müzakirə edəcəyini bildirmişdi .
Bundan əvvəl ABŞ Nəqliyyat Komandanlığı Vaşinqtonun Kiyevə ilk 60 Bradley piyada döyüş maşını göndərdiyini açıqlamışdı.