ABŞ prezidenti Co Bayden ukraynalı həmkarı Volodimir Zelenski ilə telefon danışığı aparacaq.
"Unikal" xəbər verir ki, bu barədə AFP agentliyi məlumat yayıb.
Telefon danışığı zamanı liderlər Ukraynaya hərbi yardımı müzakirə edəcəklər.
Xatırladaq ki, Bayden ABŞ-ın Ukraynaya F-16 qırıcıları vermək niyyətində olmadığını bildirib. Lakin sonradan onun fikirlərinin düzgün şərh olunmadığı deyilib.