ABŞ dövlət katibi Entoni Blinken deyib ki, İran və Rusiya arasında hərbi-texniki əməkdaşlıq ABŞ və İsraili narahat edir .
"Unikal" xəbər verir ki, Blinken Qüdsdə İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşündən sonra bildirmişdi ki, Rusiya İranı müasir silahlarla təmin edir və ondan pilotsuz təyyarələr alır.
ABŞ dövlət katibinin sözlərinə görə, İran Rusiya tərəfini Ukraynada xüsusi əməliyyat zamanı istifadə üçün pilotsuz təyyarələrlə təmin edir .