"Tehran İsfahandakı hərbi zavoda hücumu cavabsız qoymayacaq".
"Unikal" xəbər verir ki, bunu İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının üzvü Mahmud Abbaszadə Meşkini deyib.
O, Ukrayna prezidentinin müşaviri Mixail Podolyakın Kiyevin hücumda əli olması ilə bağlı eyhamını da şərh edib. Rəsmi öz "Twitter" səhifəsində yazıb ki, Ukrayna İrana bununla bağlı xəbərdarlıq edib.
Meşkininin sözlərinə görə, indi Ukrayna Tehrandan hansı cavabı alacağını bildiyi üçün özünə daha açıq hücumlara yol vermir: "Onlar gözlənilməz heç nə demədilər. Ukrayna hakimiyyətinin Qərbin hegemonluğu ilə uzlaşan mövqe tutması bizim üçün təəccüblü deyil".
Ağarza Elçinoğlu