Xersonda Ukrayna hərbi Silahlı Qüvvələrinin Rusiya Federasiyasının tərəfinə keçməsi ilə bağlı mütəmadi hallar artıb.
"Unikal" gazeta.ru-ya istinadən xəbər verir ki, bunu Xerson vilayətinin qubernatoru vəzifəsini icra edən Volodimir Saldo deyib.
“Bu, kütləvi miqyasda olmasa da, müntəzəm olaraq baş verir. Biz, bir qayda olaraq, ukraynalı hərbçilərin öz tərəfimizə keçməsi ilə bağlı məlumat dərc etməyə tələsmirik...”, - deyə Saldo izah edib.
Saldonun sözlərinə görə, Rusiya tərəfini tutan ukraynalıların kimliyi onların təhlükəsizliyi və Kiyev hakimiyyətinin yaxınlarına təzyiq olmaması üçün açıqlanmır.
Siyasətçinin sözlərinə görə, Ukrayna ordusunda məcburiyyət sistemi sərt şəkildə qurulub.
"Bu sistemin qurbanları beyni yuyulmuş qardaşlarımızdır". - deyə o, vurğulayıb.
Gülayə Mecid