Belarus prezidenti Aleksandr Lukaşenkonun Zimbabveyə səfəri zamanı liderlərin bir-birinə verdiyi hədiyyələr diqqət çəkib.
"Unikal" xəbər verir ki, Zimbabve prezidenti Emmerson Mnanqaqva ilə görüşən Lukaşenko afrikalı həmkarına traktor hədiyyə edib. Mnanqaqva isə Lukaşenkoya verdiyi hədiyyə ilə gündəm olub. Ölkə rəhbəri belaruslu həmkarına ölü ayı hədiyyə edib.
Paytaxt Hararedə keçirilən rəsmi mərasimdə iki liderin kameralar qarşısındakı şən əhval-ruhiyyəsi də diqqət çəkib. Traktorun açarını Lukaşenkodan alan Mnanqaqva traktordan öz sahəsində istifadə edəcəyini bildirib.
Bildirilib ki, Belarus da Zimbabveyə çoxlu sayda yerli istehsal olan traktor bağışlayıb.
Gülayə Mecid