Rusiya prezidenti Vladimir Putin koronavirusdan çox qorxur və özünü xarici dünyadan təcrid edib.
"Unikal" xəbər verir ki, bunu Rusiya liderinin yaxın dostu hesab edilən “Şimal axını 2”nin direktoru Matias Uorniq Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində deyib.
Alman iş adamının sözlərinə görə, Putinin koronavirusa yoluxmaq qorxusu ağlasığmaz dərəcədə böyükdür, buna görə o, özünü xarici aləmdən təcrid edir. Kremlin rəhbərini demək olar ki, heç kimin görməsinə icazə verilmir və onunla əsas əlaqə telefon və video zənglər vasitəsilə olur;
“Mənimlə əlaqə saxlamağa çox çalışır. Ona nəsə deyə bilən yeganə adamam”, - Uorniq bildirib. Eyni zamanda “Şimal axını 2”nin rəhbəri Putinin xəstə ola biləcəyinə dair heç bir əlamət görməyib.
Gülayə Mecid