Rusiya prezidenti Vladimir Putin Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yuri Averyanovu vəzifəsindən azad edib.
"Unikal" xəbər verir ki, müvafiq fərman Kremlin rəsmi saytında dərc olunub.
Bildirilir ki, Averyanov müqavilə müddətinin başa çatması və başqa işə keçməsi ilə əlaqədar Təhlükəsizlik Şurasının birinci müavini vəzifəsindən azad edilib. O. 2013-cü ildən bu vəzifədə çalışırmış.