Ukrayna prezidenti Volodimir Zelenski fevralın sonunda Amerika və Polşa liderləri Cozef Bayden və Anjey Duda ilə görüşə bilər.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, görüşün Polşada baş tutacağı gözlənilir.
Məlumata görə, Rusiyanın Ukraynaya təcavüzünün ildönümü ərəfəsində keçiriləcək görüş üçün iki şəhər - Varşava və Rzeşov nəzərdən keçirilir.
"Ukrayna prezidenti sülh planını təqdim edəcək və Ukrayna üzrə beynəlxalq konfrans çağıracaq”, - "Dziennik Gazeta Pravna" nəşri qeyd edib.
Ağarza Elçinoğlu