Ukrayna Dövlət İstintaq Bürosunun əməkdaşları keçmiş daxili işlər naziri Arsen Avakovun 2018-ci ildə helikopter alması ilə bağlı axtarışlar aparıblar.
"Unikal" "Ukrinform"a istinadən xəbər verir ki, Ukrayna hüquq-mühafizə orqanları məlumat yayıb.
Bildirilir ki, 18 yanvar 2023-cü ildə Kiyev vilayətinin Brovarı şəhərində Ukraynanın Daxili İşlər Nazirliyinin rəhbərliyi alınmış bu helikopterlərdən birində həlak olub.
Avakov özü də mediaya verdiyi şərhdə Fransanın "Airbus" helikopterlərinin alınması ilə bağlı evində axtarışlar aparıldığını təsdiqləyib.
"Biz helikopter qəzası ilə bağlı axtarışları başa vurduq. 6 il əvvəlki "Airbus" müqavilələrinə baxdıq. Bir şey dəqiqdir - heç nə. Müqavilələri hökumət və parlament təsdiqləyib. Mənasız da olsa, hazırda axtarış aparılırdı".
Xatırladaq ki, 2023-cü il yanvarın 18-də səhər saatlarında Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzaya düşüb. Hadisə nəticəsində Daxili İşlər Naziri Denis Monastırski, onun birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç və ümumilikdə 14 nəfər ölüb. Qəzaya uğrayan helikopter 2020-ci ilin avqustunda Fransa tərəfindən Ukraynaya təhvil verilibmiş.
***13:50
Ukraynada keçmiş daxili işlər naziri, erməni Arsen Avakovun evində axtarış aparılıb.
"Unikal" "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bu barədə mediaya Avakov özü məlumat verib.
Keçmiş nazir axtarışın konkret məqsədi barədə ətraflı məlumat verməyib.
Qeyd edək ki, o, 2014-2021-ci illərdə Ukraynanın Daxili İşlər Naziri olub.
Gülayə Mecid