Avstriya prezidenti Van der Bellen Kiyevə rəsmi səfər edib.
"Unikal" xəbər verir ki, o, Ukraynanın paytaxtında bu ölkədən olan həmkarı Volodimir Zelenski ilə görüşəcək.
"Mən Kiyevə gəldim. Demək olar ki, bir illik müharibədən sonra Ukrayna unudulmur. Prezident Zelenski və cəsur Ukrayna xalqı ilə birlikdə biz Avropa dəyərlərini müdafiə edirik", - Avstriya prezidenti "Twitter"də yazıb.
Həmçinin, Avstriya nümayəndə heyəti bu gün Ukraynaya yeni humanitar yardım paketini elan edəcək.
Ağarza Elçinoğlu