ABŞ-da yeni qanun layihəsinə, əsasən, sümük iliyi və ya orqanlarını bağışlayan məhbuslarun cəzaları azadılacaq.
"Unikal" xəbər verir ki, qanun layihəsi qəbul olunarsa, orqanlarını və ya sümük iliyini bağışlamaq müqabilində məhbuslar tezliklə cəzalarını azaltmaq imkanı əldə edə bilərlər.
Massaçusets ştatının İslah Departamentində orqan və donorluq proqramının yaradılmasına yönəlmiş yeni qanun layihəsi iki ştat qanunvericisi, hər ikisi demokratlar tərəfindən təklif olunub.
Təklif qanuna çevrilərsə, proqram uyğun məhbuslara cəzalarının minimum 60 və maksimum 365 gün azaldılmasına icazə verəcək.
Yeni proqramla proqrama nəzarət üçün məsul olan beş nəfərdən ibarət komitə yaradılacaq.