Ukrayna Təhlükəsizlik Xidməti və İqtisadi Təhlükəsizlik Bürosu ukraynalı iş adamı İqor Kolomoyskinin evində axtarış aparırıb.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.
Bildirilir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları Kolomoyskinin evində “Ukrtatnafta” və “Ukrnafta” şirkətləri ilə bağlı maliyyə maxinasiyasına dair sübutlar axtarıb.
Həmçinin, yerli KİV bildirir ki, Kolomoyskinin Ukrayna prezidenti Vladimir Zelenski ilə yaxın əlaqələri olub. Oliqarx Zelenskiyə də maliyyə dəstəyi verib.
Gülayə Mecid