ABŞ prezidenti Co Bayden iqlim dəyişikliyinin bəşəriyyət üçün nüvə müharibəsindən daha təhlükəli olduğunu bəyan edib.
"Unikal" xəbər verir ki, o, bu barədə yerli KİV-ə danışıb.
"İqlim dəyişikliyi nüvə silahları da daxil olmaqla, bəşəriyyət üçün indiyədək üzləşdiyimiz ən böyük ekzistensial təhlükədir", - deyə o, vurğulayıb.
Bundan əvvəl Britaniyanın Antarktika Xidməti (BAS) demək olar ki, London ölçüsündə olan yeni aysberqin meydana çıxdığını elan etmişdi. 1550 kvadrat kilometrlik aysberq Antarktidadakı Brant buzlaqından qopub.
Aysberqin qalınlığının təxminən 150 metr olduğu məlumdur. Bu hadisə buzlaqın təbii dəyişməsinin nəticəsidir və qlobal istiləşmə ilə bağlı deyil.