Ukrayna müdafiə nazirinin keçmiş müavini Vyaçeslav Şapovalov və daha iki məmura qarşı müdafiə sektorunda korrupsiya faktlarına görə cinayət işi başlanıb.
"Unikal" xəbər verir ki, bu barədə “Ukrainskaya Pravda” məlumat yayıb.
Şapovalovdan başqa, Müdafiə Nazirliyinin tədarük departamentinin keçmiş direktor müavini Boqdan Xmelnitski və “Promoboroneksport” dövlət müəssisəsinin keçmiş rəis müavini Vladimir Tereşşenkoya qarşı ittiham irəli sürülüb.
Onlar şəxsi mühafizə vasitələri, o cümlədən bədən zirehi ilə təchiz edilməsi prosesində maliyyə manipulyasiyaları ilə bağlı 27 milyon dollar mənimsəməkdə ittiham olunurlar.