Filippinin cənub-şərqində 6,1 bal gücündə zəlzələ baş verib.
"Unikal" xəbər verir ki, Filippin Vulkan və Zəlzələ Elmi İnstitutu, sahilyanı Davao de Oro şəhərində Yeni Bataan bölgəsindən təxminən 14 kilometr aralıda 6,1 bal gücündə qeydə alındığını açıqlayıb.
Ölkənin cənubunda bir sıra şəhərlərdə hiss edilən zəlzələ 11 kilometr dərinlikdə baş verib.