Bolqarıstan Parlamenti Qolodomoru Ukrayna xalqına qarşı soyqırımı kimi tanıyıb.
"Unikal" xəbər verir ki, bununla bağlı Ukrayna Prezidenti Vladimir Zelenski "Twitter"də paylaşım edib.
"Mən Bolqarıstan Parlamentinə 1932-1933-cü illər Qolodomorunu Ukrayna xalqına qarşı soyqırımı aktı kimi tanıdığı üçün minnətdaram. Bu addım milyonlarla Qolodomor qurbanının xatirəsini yad edir və tarixi ədaləti bərpa edir. Bolqarıstanın həmrəylik jesti Ukraynada həmişə xatırlanacaq", o deyib.