ErmənistanSilahlı Qüvvələrdə bir sıra dəyişikliklər edilib.
"Unikal" xəbər verir ki, bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.
Sərəncamlardan biri ilə Artak Budaqyan xüsusi təyinatlı ordu korpusunun komandiri vəzifəsindən azad edilib, digər sərəncamla bu vəzifəyə əvvəllər xüsusi təyinatlı ordu korpusunun qərargah rəisi - korpus komandirinin müavini vəzifəsini tutmuş Armen Qyozalyan təyin edilib. (2021-ci ilin sentyabrından). Xatırladaq ki, Artak Budaqyan bu vəzifəyə 2021-ci ilin avqustunda təyin edilib.
Prezidentin sərəncamları ilə Əlahiddə Ümumqoşun Korpusunun Qərargah rəisi, korpus komandirinin müavini Baqrat Matevosyan və Əlahiddə Ümumqoşun Korpusunun komandirinin müavini Samvel Poqosyan da vəzifələrindən azad edilib.
Levon Kasyan xüsusi təyinatlı ordu korpusunun qərargah rəisi - korpus komandirinin müavini, Qaqik Poqosyan isə xüsusi təyinatlı ordu korpusunun komandirinin müavini təyin edilib.