"Ukrayna üzrə sülh sazişləri bağlanarsa, Rusiya qoşunlarının Cənubi Osetiya və Abxaziyadan çıxarılmasına dair bənd daxil edilməlidir".
"Unikal" xəbər verir ki,bunu Gürcüstan prezidenti Salome Zurabişvili Bloomberg agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Gürcüstanın maraqları nəzərə alınmalıdır.
Rusiya sərhədlərinin harada olduğunu bilməlidir. Gürcüstanın məsələləri də nəzərə alınmalıdır. Rusiya işğal etdiyi bütün ərazilərdən geri çəkilmədən müharibə bitə bilməz ” , - Zurabişvili bildirib .
Onun sözlərinə görə, əks halda Qərb 2008 və 2014-cü illərdə olduğu kimi daha böyük səhvə yol verəcək.
Agentlik qeyd edir ki, o, Rusiyanın "döyüşdə praktiki olaraq məğlub olduğunu" da bildirib. Eyni zamanda, prezident qeyd edib ki, Gürcüstan hakimiyyəti ölkənin NATO və Aİ-nin himayəsi altında olmayan hissəsinin Rusiya qoşunları tərəfindən işğal edildiyini nəzərə alaraq Rusiya Federasiyasına qarşı bəyanatlarında daha diqqətli olmalıdır.
Zurabişvili əvvəllər Rusiya ilə birbaşa hava əlaqələrinin bərpasına qarşı çıxıb. O, həmçinin hökuməti Rusiya vətəndaşlarının axını ilə bağlı məsələni öyrənməyə və ölkənin reputasiyasına diqqət yetirməyə çağırıb.
Bundan əvvəl baş nazir İrakli Qaribaşvili bildirib ki, Ukrayna hakimiyyəti gürcü müxalifətinə dəstək verərək, Gürcüstanı Rusiyaya qarşı ikinci cəbhə açmağa çağırıb. O, deputatları müxalifətin hakimiyyətə gələcəyi təqdirdə nələrin baş verəcəyini təsəvvür etməyə dəvət edib.