Hindistanın Cammu Kəşmir bölgəsinin Gülmarq qəsəbəsindəki xizək zonasında qar uçqunu nəticəsində iki polşalı xizəkçi həyatını itirib.

"Unikal" xəbər verir ki, Cammu Kəşmir polisi Himalay dağlarında qış turizminin edildiyi Gülmarqda xizək zonalarına qar uçqunun düşdüyünü açıqlayıb.

Qar uçqunu nəticəsində iki polşalı xizəkçi həlak olub, 21 nəfər isə xilas edilib.