Yanvarın 2-dən 29-na kimi təxminən 20 milyon insan koronavirus infeksiyasına yoluxub, 114 mindən çox insan dünyasını dəyişib.
"Unikal" xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çərşənbə günü bildirib ki, ölənlərin sayı əvvəlki 28 günlə müqayisədə 65% artıb, infeksiyaların sayı 78% azalıb.Ümumdünya Səhiyyə Təşkilatının məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 19 955 978 yoluxma halı və 114 372 ölüm halı qeydə alınıb.
28 gündə ən çox yoluxma Çində - 11 354 058-də aşkarlanıb.Bunu Yaponiya (3 207 097), ABŞ (1 513 538), Koreya Respublikası (1 032 801) və Braziliya (459 986) izləyir. Yanvarın 2-dən yanvarın 29-dək ən çox ölüm halını 62 759 nəfərlə Çin qeydə alıb, ardınca ABŞ (14 625), Yaponiya (10 122), Böyük Britaniya (3 137) və Braziliya (2 889) gəlir.
Fevralın 1-nə ÜST pandemiyanın başlanğıcından bəri 753 651 712 bildirilmiş koronavirus hadisəsi və 6 813 845 ölüm halı alıb. Son sutka ərzində 157 092 yoluxma faktı aşkarlanıb, 720 nəfər ölüb.