Meksikada yerli hökumətə etiraz edən insanlar bələdiyyə sədri ilə birlikdə bəzi yerli idarəçiləri qaçırıblar.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Meksikanın Puebla əyalətində yerləşən Tepeyahualko şəhərində baş verib. 100 nəfərlik qrup bələdiyyə orqanlarının bölgədə baş verən meşə yanğınına kifayət qədər müdaxilə etmədiyi səbəbiylə etiraz aksiyası təşkil edib. Onlar bölgədə böyük bir ərazidə dağıntılara səbəb olan yanğına uzun müddət müdaxilə edilmədiyini bildirərək, səlahiyyətlilərdən izahat tələb ediblər. Bundan sonra etirazçılarla idarə işçiləri arasında toqquşma olub.
Bələdiyyə sədri və digər rəsmiləri qaçıran etirazçılar tələbləri yerinə yetirilməsə onları yandırıb öldürəcəkləri ilə hədələyiblər.
Gülayə Mecid