Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstana işgüzar səfərə gedib. 

"Unikal" xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidməti məlumat yayıb.

"Baş nazir Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birgə fevralın 2-3-də Qazaxıstan Respublikasına işgüzar səfərə yola düşüb", - məlumatda deyilir.

O, Avrasiya Hökumətlərarası Şurasının (EIGC) növbəti iclasında, həmçinin "Digital Almaty Awards" beynəlxalq konfransında iştirak edəcək. 

***09:44

Rusiyanın baş naziri Mixail Mişustin və Ermənistan rəhbəri Nikol Paşinyan Qazaxıstanda görüşəcək. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, görüş Almatıda Avrasiya Hökumətlərarası Şurasının iclası çərçivəsində baş tutacaq. 

Məlumata görə, Baş nazirlər arasındakı görüş Mişustinin ikitərəfli görüşlərinin gündəliyində birinci olacaq.

Qeyd edək ki, Avrasiya Hökumətlərarası Şurasının növbəti iclası 2023-cü il fevralın 2-3-də Almatıda keçiriləcək. 

Ağarza Elçinoğlu