İyulun 11-də Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatı (SVO) başlayandan bəri ilk dəfə naməlum təyyarə Kiyev üzərində uçub.

"Unikal" xəbər verir ki,  bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.

KİV qeyd edib ki, müharibə başlayandan bəri ölkə üzərində hava məkanı bağlanıb.

Rusiyanın teleqram kanallarının məlumatına görə, Ukrayna paytaxtının səmasında ağır hərbi nəqliyyat An-124 “Ruslan” görünüb. An-124 Antonov Eksperimental Dizayn Bürosu tərəfindən hazırlanmış ağır uzun mənzilli hərbi nəqliyyat təyyarəsidir.

Bir sıra digər KİV-lər Rusiyanın “Volqa-Dnepr” şirkətinə məxsus mülki təyyarənin Kiyev üzərində uçmuş ola biləcəyini yazır.