Təbrizdən Kərbəlaya gedən avtobus qəzaya uğrayıb.
"Unikal" xəbər verir ki, İranın Sənəndəc əyalətinin Qızıl Aypara Cəmiyyətinin sədri Pəyam Cəlali Təbrizdən Kərbəlaya zəvvarları daşıyan avtobusun qəzaya uğraması nəticəsində 48 nəfərin yaralandığını bildirib.
Onun sözlərinə görə, avtobus bugün səhər saat 03:30-da Şərqi Azərbaycan əyalətinin sakinlərini daşıyarkən Kamyaran-Sənəndəc yolunda qəzaya uğrayıb.
Yaralananlardan yeddisi xəstəxanalara göndərilib, onlardan dördü reanimasiyaya yerləşdirilib.