"Təəssüf ki, təhlükəsizlik sahəsində vəziyyətimiz o qədər də yaxşı deyil".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Almatıda rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə deyib.
"Təəssüf ki, bizim təhlükəsizlik sahəsində də çoxtərəfli formatda, KTMT-də müəyyən məsələlər var və ümid edirik ki, bütün bu məsələləri həll etməyə nail olacağıq. Çalışırıq, maraqlıyıq, amma təəssüf ki, düzünü desəm, o istiqamətlərdə heç bir irəliləyiş yoxdur", - deyə Baş nazir qeyd edib.
Paşinyan, həmçinin nəqliyyat və iqtisadi infrastrukturların açılmasında maraqlı olduqlarını açıqlayıb: "Əlbəttə, biz regionda bütün nəqliyyat və iqtisadi infrastrukturların açılmasında çox maraqlıyıq".
Ağarza Elçinoğlu