Tailand vətəndaşı Kaçaçat Bundi Ermənistan prezidentini məhkəməyə verib.
"Unikal" xəbər verir ki, bu barədə "Hraparak" nəşri məlumat yayıb.
"Tailand vətəndaşı Kaçaçat Bundi Ermənistan Respublikasının Prezidenti Vaaqn Xaçaturyana qarşı ona respublika vətəndaşlığının verilməsinə məcbur edilməsi tələbi ilə Ermənistan İnzibati Məhkəməsinə iddia qaldırıb",- KİV-də qeyd olunub.
Bildirilir ki, məhkəmə iddianı icraata qəbul edib.
Məlumata görə, Bundi artıq beş ildir ki, Ermənistanda yaşayır. O, burada Tailand restoranı açıb, iş yerləri yaradıb, hətta xeyriyyə işləri ilə məşğul olur. O, həm də Qladzor Universitetində aspirantdır. Lakin Ermənistan Milli Təhlükəsizlik Xidməti mənfi rəy verərək, ölkə prezidentinə məhkəmədə mübahisəli olan Bundiyə respublika vətəndaşlığını verməməyi tövsiyə edib.
Gülayə Mecid