Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın ötən ilin sonunda dəbdəbəli malikanə alıb.
"Unikal" erməni mətbuatına istinadən xəbər verir ki, Mirzoyan və həyat yoldaşı Qohar Abajyan malikanəni 2022-ci ilin dekabrında 280 milyon dollara alıblar. Ev Kasax kəndində Kotayk marzındadır.
Belə ki, nazirin dəbdəbəli evinin fotoları internetdə yayılıb. Kadastr sənədlərinə görə, fərdi evin ərazisi 2013-cü ildə qazax icmasından Roza Qalstyan adlı şəxs tərəfindən alınıb.
Yerli KİV Mirzoyanın sosial vəziyyəti bu illər ərzində açıq şəkildə yaxşılaşdığını da vurğulayıb. Belə ki, Ararat Mirzoyan rəsmi şəxs kimi ilk əmlak və gəlir bəyannaməsini 2017-ci ildə Milli Məclisin deputatı seçilərkən təqdim edib. O, çoxmənzilli binalardan iki mənzilə, “KİA Sorento” markalı avtomobilə sahib olduğunu bildirib.
Qeyd edək ki, 2018-ci ildə Ararat Mirzoyan baş nazirin birinci müavini təyin edilib, 2019-2021-ci illərdə Ermənistan Milli Assambleyanın prezidenti, 2021-ci ilin avqustundan isə xarici işlər naziri vəzifəsini tutub.
Gülayə Mecid