"The Voice" şousunun qalibi olan erməni müğənni İru Xeçanov “Eurovision-2023” Gürcüstanı təmsil edəcək.
"Unikal" xəbər verir ki, müğənni bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.
"“Eurovision”da mahnı ifa etmək mənim üçün böyük məsuliyyətdir. Çox şadam ki, ifam belə böyük əks-səda doğurdu və siz bunu bəyəndiniz. “Eurovision-2023”də Gürcüstanı təmsil edəcəyəm".