Qəbələ rayonunun Böyük Pirəli kəndində ümumi sahəsi 104 m² olan bir dam altında tikilən üç boksdan ibarət avtomobil təmiri sexinin yanar konstruksiyaları yanıb.

Bu barədə "Unikal"a FHN-dən məlumat verilib. Məlumata görə, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.