Baş Dövlət Yol Polisi İdarəsi çoxtonnajlı yük maşınlarının toqquşması nəticəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi barədə məlumat verib.
BDYPİ-nin şöbə rəisi Rövşən Tağıyev "Unikal"ın sorğusuna cavab olaraq bildirib ki, hadisə bu gün səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yolunun Siyəzən rayonu Zarat kəndi ərazisindən keçən hissəsində baş verib:
“Qeyd edilən magistral yolun 84-cü km-də “Mercedes-Benz” markalı 99-UT-794 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə “KamAZ” markalı 77-JD-854 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi toqquşub. Hadisə nəticəsində “KamAZ” markalı nəqliyyat vasitəsinin sürücüsü Əhmədov Etibar yüngül bədən xəsarətləri alıb. Faktla bağlı araşdırma aparılır”.