“Əziz dostumuz Azərbaycanla qardaşlığımız bir yumruq, bir ürək tək davam edəcək”.
"Unikal" xəbər verir ki, bu sözləri Türkiyə milli müdafiə naziri Hulusi Akar “Milliyet” qəzetinə müsahibəsində bildirib.
Nazir bildirib ki, Zəngəzur dəhlizi və oradan keçəcək dəmir yolları və avtomobil yolları regionun iqtisadi, sosial həyatı və təhlükəsizliyi baxımından çox dəyərlidir.
“Ermənistan Cənab İlham Əliyevin və Prezidentimizin uzatdığı sülh əlini tutmalıdır. Onların kənar təsir daiəsində qalaraq xəyallarda olması məntiqi yanaşma deyil. Biz Ermənistana verilən bu fürsətdən istifadə etsin deyirik”, - deyə Hulusi Akar bildirib.